Nigeriyanın müdafiə naziri işdən azad edilib

Nigeriya prezidenti Gudlak Jonathan milli təhlükəsizlik məsələləri üzrə müşaviri və müdafiə naziri Bello Mohammedi işdən azad edib.

BBC-nin məlumatına görə, Nigeriya hökuməti onu ölkədə fəaliyyət göstərən radikal-islamçı
“Boko haram” qrupuna qarşı lazımınca tədbir görməməkdə günahlandırır.

Ətən bazar Kaduna ştatında xristian kilsəsinə edilmiş hücum və bundan sonra baş vermiş qarşıdurmada 36 nəfər ölüb.