Magistraturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilib

Foto arxiv

Bu gün ali məktəblərin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, imtahanlar Bakı, Naxçıvan və
Gəncə şəhərlərində keçirilir.

8 529 bakalavr qəbul proqramını seçərək təsdiqlədib.

Onlardan 7 418 nəfəri Azərbaycan, 1 111 nəfəri isə rus bölməsinin məzunudur.

Yerli vaxtla saat 13.00-da başlayan imtahana saatyarım vaxt verilib.

Nəticələr elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək internet vasitəsilə ali məktəblərin magistraturasına ixtisas seçimi edəcəklər.