Raja Pervez Ashraf Pakistanın baş naziri seçilib

Pakistan parlamenti Raja Pervez Ashrafın baş nazirliyə namizədliyini təsdiqləyib.

Keçmiş energetika və su naziri, hakim “Xalq” partiyasının üzvü Ashrafın namizədliyini 342 deputat dəstəkləyib.

O bu vəzifədə Konstitusiya məhkəməsinin qərarı ilə vəzifədən uzaqlaşdırılmış keçmiş baş nazir Yousif Reza Gilanini əvəz edəcək.

Gilani korrupsiyada ittiham olunan hazırkı prezident Asif Ali Zardarinin istintaq işini bərpa etməməkdə təqsirli bilinib.