İranın Azərbaycandakı səfiri Bakıya qayıdıb

Məhəmmədbağır Bəhrami

İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Bakıya qayıdıb.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri məlumat verib. O, səfirin Azərbaycana dönərək vəzifəsinin icrasını davam etdirdiyini söyləyib.

M. Bəhrami mayın 21-də məsləhətləşmələr üçün Tehrana çağırılmışdı. İranın Azərbaycandakı səfirliyi açıqlamasında bildirmişdi ki, «dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami lazımi məsləhətləşmələrin aparılması üçün Bakıdan Tehrana yola düşüb».