Pakistanda azı 6 hərbçi həlak olub

Pakistanın şimal qərbində Əfqanıstan ərazisindən soxulmuş yaraqlılarla döyüşlər nəticəsində azı 6 Pakistan hərbçisi həlak olub. Bir neçə əsgər itkin düşüb. Yaraqlılardan isə 11-i öldürülüb.

Hücuma görə məsuliyyəti talibançılar üstlərinə götürüb.