Avropa Birliyi Suriya hakimiyyətinə qarşı yeni sanksiyalar verdi

Avropa Birliyi Suriyanın hakim rejiminə qarşı yeni sanksiyalar verib.

Avropa Birliyinin Lüksemburqda toplaşan xarici işlər nazirlərinin qərarı ilə verilən sanksiyalar bir Suriya rəsmisinə və Suriyanın 6 qurumuna aiddir.

Əlavə detallar bildirilmir.

Bununla da Avropa Birliyinin Suriya sanksiyalarında “qara siyahı”da 129 fərdin və 49 qurumun adı olacaq.