Y.Tymoshenkonun vergidən yayınma ittihamı ilə məhkəməsi başlanıb

Ukraynanın həbsdə olan keçmiş baş naziri Yulia Tymoshenkonun yeni məhkəməsi başlanıb.
Xarkovda keçirilən məhkəmə Tymoshenkonun 1990-cı illərdə özəl enerji şirkətinə başçılıq edəndə vergidən milyonlarla dollar yayındırması ittihamına baxır.

Tymoşenko məhkəmədə iştirak etmir.

Avropa Birliyi məhkəməni izləməyə Polşanın keçmiş prezidenti Kwasnievskini və Irlandiya siyasətçisi Coxu göndərib.