Lənkəranın iqtisadi ərazisinə daxil olan 6 rayonda rəsmən 3 mindən çox narkomanın olduğu bildirilir. Təkcə Lənkəran rayonunda 2011-ci ildə 1300-dən çox narkomanın qeydiyyata alındığı barədə məlumat verilir. Halbuki, 2008-ci ildə qeydiyyatda 1044 nəfər olub. Rəsmi rəqəmlər də göstərir ki, narkomanların sayı ildən-ilə artır. Bu bəlaya düçar olanlardan biri ilə görüşüb söhbət etdik. Müsahibim ayaq üstə çətin durur. Əlləri əsir, çətinliklə danışırdı. Görkəmindən yaşlı adama oxşasa da, deməsinə görə, cəmi 40 yaşı var. Üstəlik evli deyil.
Suallarımıza cavab verməmişdən əvvəl gözləri yaşarır. Bu göz yaşlarının səbəbi bizə sonradan məlum oldu:
«ÖYRƏŞDİRDİLƏR...»
- «Öz səhvim oldu. Özüm istəmişəm...
- Necə yaşdan aludə olmusuz narkotikə?
- 2004-cü ildən. Havayı verirdilər. Bir dəfə, iki dəfə havayı verirdilər, üçüncü dəfə dedilər ki, pulunu gətir verim sənə. Öyrəşdirdilər».
Rayonda narkotik satanlar barəsində tərəddüd etmədən cavab verdi:
«BU İŞİN AXIRI ÖLÜMDÜR YA DA HƏBSXANA»
- «Hər cürəsini tapa bilərsən, hər cürəsini. Lənkəranda hər cürəsini tapa bilərsən. Mən oyundan çıxmışam. Elan vermişəm çayxanada. Mənimlə narkotik söhbəti eləməyin. Mən narkotik qəbul etmək istəmirəm. Mənim bir az canım qalıb, nə qalıb ki?. Bu işin axırı yoxdur. Bu işin axırı ölümdür, ya da həbsxana. İkisindən biri».
Ondan soruşuruq ki, narkotikə aludə olan dostlarından ölən varmı.
- «20-yə yaxını var. Mənə icazə verin gedim».
Çox çətinliklə ayağa qalxır. Dikəlmək istəsə də buna nail ola bilmir. Yarım dikəlmiş halda bizdən uzaqlaşır. Çayçı deyir ki, yenə narkotik qəbul edib. Atası tanınmış həkim olub. Çayçının deməsinə görə, oğlunun dərdindən ölüb. Üstəlik anası da onu atıb, başqa oğlunun yanında qalır. Bu azmış kimi evdə nə varsa satıb.
Rayonlarda onun kimlərini «həyatın dibində yaşayan insan» hesab edirlər.
«Cənub sosial araşdırmalar mərkəzin»in rəhbəri Yadigar Sadıqov narkomanların sayının rəsmi rəqəmlərdə nəzərdə tutulduğundan çox olduğunu deyir. O qeyd edir ki, bu istiqamətdə zəif mübarizə aparılır:
«NARKOMANLARIN SAYI RƏSMİ RƏQƏMLƏRDƏ OLDUĞUNDAN ÇOXDUR»
- «Narkomanların sayı rəsmi rəqəmlərdə olduğundan daha çoxdur. Bu problem günü-gündən dərinləşməkdədir. Dövlətin narkomaniyaya qarşı apardığı mübarizə keyfiyyətli deyil. Gözdən pərdə asmaq üçün bəzi təşkilatlar vasitəsi ilə qrant hesabına həyata keçirtdikləri tədbirlər ciddi bir işə yaramır».
Yadigar Sadıqovun dediyinə görə, narkotiklər İrandan daşınır. Cənub bölgəsi isə İranla həmsərhəd ərazidə yerləşir. Onun fikrincə, sərhədlər möhkəmlənməlidir. Yadigar Sadıqov hesab edir ki, yerli narkotik istehsalçılarına qarşı da ciddi mübarizə aparılmalıdır. Üstəlik narkomanların müalicə edilməsi məsələsi də narahatçılıq doğurur. Onun sözlərinə görə, narkomanının müalicəsi ailənin üzərinə düşür. Bu isə böyük xərc tələb edir.
«Maarifpərvərlik» Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının təsisçisi Afiq Məlikov isə narkomanlar arasında gənclərin kifayət qədər olduğunu deyir:
«YENİYETMƏ GƏNCLƏR DAHA ÇOX NARKOMANLIĞA MEYLLİ OLURLAR»
- «Cənub bölgəsinin ən aktual problemlərdən biri də narkomaniya və onunla əlaqədar olan QİÇS problemidir. Narkomanların arasında gənclərin sayı rekord həddə gəlib çatıb. Yeniyetmə gənclər daha çox narkomanlığa meylli olurlar».
Afiq Məlikov deyir ki, beynəlxalq və yerli təşkilatların hesabatlarında da narkomanlığın artan xətlə inkişaf etdiyi göstərilir:
- «Cənub bölgəsində əhalinin böyük əksəriyyətini təşkil edən gənclər hal-hazırda ən böyük təhlükə mənbəyi olan narkomaniya və QİCS problemi ilə üz-üzə qalmışdır. Dispanserdə qeydiyyatda olan narkomanların 70 faizini 18-35 yaşlı insanlar təşkil edir. Onların arasında qadınlar da var».
Lənkəran Rayonlar Arası Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyevin deməsinə görə, narkomanların müalicəsi ilə bağlı yeni planlar var. Dispanserdə olan 20 çarpayılıq yer kifayət etmir. Buna görə dispanser üçün yeni binanın tikilməsi nəzərdə tutulub. Onun dediyinə görə, hətta belə şəraitdə narkotikə aludə olmuş şəxslərin arasında sağalıb, evinə qayıdanlar da az deyil. Həkim deyir ki, narkomanların sayının artmasında İran amili böyük rol oynayır:
«İRAN AMİLİ...»
- «İran amili əlbəttə təsir edir. Orda ucuzdur. Orda əldə etmək daha asandır. İranın siyasətidir, nədir, oranın mənfi təsiri çoxdur. Bu yaxınlarda, sentyabrda bizim üçün yeni bina tikilməlidir. Orda çarpayı artırmaq, təchizat, yeni avadanlıqlar məsələsi də var. Müalicə, müayinə imkanları geniş olacaq».
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 2011-ci il hesabatında qeyd edilir ki, il ərzində 557 kiloqram narkotik vasitə aşkarlanıb. Narkotikə görə 2341 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlardan 5-i yeniyetmədir.