ATƏT-in baş katibi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmamasından narahatdır

Lamberto Zannier

ATƏT-in baş katibi Lamberto Zannier Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmamasından narahatlıq bildirib.

ANS PRESS-in “RİA" Novosti-yə istinadən verdiyi məlumata görə, o bildirib ki, tərəflər münaqişənin həllində siyasi iradə nümayiş etdirmirlər.

O həmçinin qoşunların təmas xəttində baş verən son hadisərlərdən narahatlıq bildirib və qeyd edib ki, tərəflər müəyyən kompromissləri nəzərdə tutan qərar və tədbirləri qəbul etməyə hazır deyillər.