Avropa Birliyi avro zonadakı böhran üçün yığışır

Bu gün Brüsseldə Avropa Birliyi sammiti açılır. Sammitdə avro zonada böhran müzakirə olunacaq.

Sammitdən əvvəl Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti François Hollande Parisdə danışıqlar aparmışdılar.

Hollande avro zonanın daha çox birliyə ehtiyacı olduğunu bildirir. Merkel isə deyib ki, i böhranın həlli ilə bağlı “sehrli formul” yoxdur.