HAMAS əsas funksionerinin Dəməşqdə öldürüldüyünü deyir

Fələstin radikal qrupu HAMAS bildirib ki, Suriyanın paytaxtı Dəməşqdə təşkilatın yüksək vəzifəli funksioneri – Kamal Hosein Gannaji öldürülüb. HAMAS rəhbərliyi deyir ki, sui-qəsdi İsrail kəşfiyyatı təşkil edib.

Bundan əvvəl Gannagi HAMAS-ın hərbi qanadının rəhbəri Mahmud al-Mabuhun müavini olmuşdu. Mahmud al-Mabuhun ölüsü 010-cu ildə Dubaydakı otellərin birində tapılmışdı. Həmin vaxt da HAMAS İsrail təhlükəsizlik qüvvələrini ittiham etmişdi. İsrail isə ittihamı nə təkzib, nə təsdiq eləmişdi.

HAMAS-ın siyasi qanadı Qəzza sektoruna nəzarət edir.