Tacikistan prezidenti Azərbaycana gələcək

Tacikistan prezidenti Emomali Rahmon iyulun 12-də Azərbaycana rəsmi səfər edəcək.

Tacikistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi ikitərəfli münasibətlərin daha da gücləndirilməsidir.

E. Rahmon səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.

Səfər iyulun 13-də başa çatacaq.