Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mətbuat xidməti Özbəkistanın təşkilatdan çıxmaq istəməsini təsdiqləyib.

Bu təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan daxildir.

Məqsəd təşkilata daxil olan ölkələrin suverenliyi və ərazi bütövlüyünü qorumaq, xarici təhlükələri dəf etməkdir.