Keçmiş neft naziri 15 il azadlıqdan məhrum edildi

Misirdə Hosni Mubarak hakimiyyəti dövründə neft sənayesi naziri olmuş Sameh Fahmi 15 il azadlıqdan məhrum edilib. O korrupsiyada ittiham olunub.

Fahmi ilə birlikdə sahibkar Hosein Salem də korrupsiyada günahlandırılıb. Ancaq o İspaniyada olduğundan haqqındakı hökm şifahi çıxarılıb.