İraqda törədilmiş partlayışlarda azı 13 adam ölüb

Cümə günü İraqda törədilmiş partlayış və hücumlarda azı 13 nəfər ölüb, 50-dən artıq adam isə yaralanıb.

Təkcə Balad şəhərində törədilmiş 3 partlayışda 7 adam ölüb.

Partlayışlar 2 bazar və polis məntəqəsində törədilib.

Son zamanlar İraqda zorakılıqlar nisbətən səngisə də ölkədə hücum və partlayışlar davam edir.