Keniyada 2 xristian kilsəsinə hücum edilib, ölənlər var

Keniyanın şimalındakı Qarissa şəhərində 2 xristian kilsəsinə hücum edilməsi nəticəsində azı 10 nəfər ölüb, 40-dan çox adam isə yaralanəb.

Yerli polisin məlumatına görə, maskada olan naməlum adamlar kilsələrə əl qumbaraları atıblar.

Keniya hərbçiləri bu yaxınlarda Norveçdən olan hümanitar missiyanın 4 əməkdaşını oğurlamış Somali yaraqlılarını təqib edib.

Onlar xariciləri Somaliyə keçirmək istəyirmişlər.