Meksikada müxalifətin namizədi prezident oldu

Enrique Pena Nieto

Meksikada prezident seçkilərində müxalifətin namizədi Enrique Pena Nieta qalib gəlib. O, səslərin 38 faizini qazanıb. Solçu namizəd Andres Manuel Lopez Obrador ikinci olub. Hakimiyyətdəki Milli Hərəkat Partiyasının namizədi Josefina Vazquez Mota isə məğlub olduğunu elan edib.

Enrique Pena Nietanın rəhbərlik etdiyi İnqilabçı İnstitutsional Partiyası 12 il əvvəl hakimiyyətdən getmişdi. Bu partiya keçən əsrdə Meksikada 70 il hakimiyyətdə olub.

Enrique Pena Nietanın seçki kampaniyası narkotiklərlə mübarizəyə və ölkə iqtisadiyyatının inkişafına həsr olunmuşdu.

Son illər Meksikada narkotik ticarəti ilə mübarizədə 50 mindən artıq adam ölüb.