Makistraturalara imtahanların nəticələri açıqlanıb

Foto arxiv

Azərbaycanda magistraturalara qəbul imtahanlarının yekun nəticələri açıqlanıb.

Nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytı və mobil telefonla öyrənmək olar.

Qəbul olunanların siyahısı iyulun 3-də “Magistr” jurnalının 5-ci sayında da dərc olunacaq.

Müsabiqənin nəticələrinə görə 5020 bakalavr magistraturalara qəbul olub.

Onlar iyulun 3-dən 12-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Əks halda buna müvafiq ixtisasdan imtina kimi baxılacaq.