3 həftədir Rusiyada itmiş təyyarənin axtarışı davam edir

3 həftə bundan əvvəl Rusiyanın Sverdlovsk vilayəntində itmiş An-2 təyyarəsinin axtarışları hələ ki, nəticə verməyib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 5 regionda aparılan axtarış əməliyyatlarında 2 mindən çox adam və 400-dən çox texnika iştirak edir.

İndiyədək 800 min kv km əraziyə baxılıb.

İyunun 11-də Serov şəhərindəki aerodromdan icazəsiz uçuş etmiş təyyarədə 13 adam
olub.

Faktla bağlı cinayət işi açılıb.