Meksikada Nietonun qələbəsini saxta adlandırırlar

Meksikada prezidentliyə solçu namizəd Andres Manuel Lopez Obrador rəqibi Enrique Pena Nietonun qələbəsini “dələduzluq” adlandırıb.

lopez Obrador paytaxtda bazar günü keçirdiyi mətbuat konfransında deyib ki, səsvermə “saxta” keçirilib.

İnqilabçı PRI Partiyasına rəhbərlik edən Enrique Pena Nieta 38 faiz səs çoxluğu ilə qələbəsini elan edib. Demokratik İnqilab Partiyasının rəhbəri Obrador isə 31 faiz səs qazanıb.

Lopez Obrador bəyan edib ki, PRI öz namizədinə səsləri milyonlarla peso xərcləməklə satın alıb və media orqanlarında güclü təbliğatı aparılıb.

Lopez Obrador 2006-cı ildə də prezidentliyə namizəd olub və 1 faizdən də az səs fərqilə seçkini uduzub. O, paytaxt Mexikonu bir aydan çox iflic etmiş etiraz aksiyaları təşkil edib.