Azərbaycan UEFA Superkuboku matçını keçirməkdən imtina edib

Rövnəq Abdullayev

Avropanın 2 ən nüfuzlu klub turnirinin – Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin Bakıda üz-üzə gəlməsini Azərbaycanın futbol qurumu istəməyib.

Bunu APA xəbər verir.

2015-ci ildə Superkubok oyunu Azərbaycanla birlikdə AVRO-2020`yə iddia edən Gürcüstana verilib.

Bu gün AFFA`nın prezidenti Rövnəq Abdullayev Gürcüstandan əvvəl Azərbaycana belə təklif olunduğunu bildirib:
«Gürcüstanla müqayisədə daha inkişaf edən ölkəmiz bu yarışı qəbul etmək istəməyib. UEFA Superkuboku son vaxtlar nüfuzunu itirib. Həm də ki, həmin il Azərbaycanda 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək».