«In memoriam Kara Karayev» əsəri Macarıstanda ifa olunub

Qara Qarayev

İyunun 30-da Macarıstanın Sombateli şəhərində keçirilən konsertdə Vyana orkestrinin (Wienerklassik Orchester) ifasında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın bəstələdiyi «In memoriam Kara Karayev» əsəri səslənib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat katibliyio verib.

Bəstəkarın xatirəsinə həsr olunan bu əsər «Rusiya Gecəsi» çərçivəsində ifa olunub.

Solo hissəsinin ifaçısı macar pianoçusu Lorand Bosodi, dirijor isə avstriyalı Hermine Pak olub.

Konsertdə dünyaca məşhur bəstəkarların əsərləri də səsləndirilib.

Bəstəkar Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının məzunu, Fridrix-Ebert Fondunun təqaüdçüsü, Padoborn Universitetinin doktorudur.

İndiyə qədər Avropanın müxtəlif şəhərlərində keçirilən klassik musiqi konsertlərində onun bir sıra əsərləri musiqisevərlərə təqdim olunub.