Fiziklər Higgs bosonunu tapdıqlarını ehtimal edirlər

İsveçrədə Higgs bosonun axtarışı üçün aparılan sınaqlardan görüntü.

-


Nüvə Tədqiqatları üzrə Avropa Təşkilatı (CERN) bildirib ki, alimlər atomun yeni hissəciyini tapıblar ki, bu da Higgs bosonu ola bilər.

Higgs bosonu ulduzların, planetlərin və həyatın yaranmasında həlledici element hesab olunur.

50 ilə yaxındır ki, fiziklər bu Higgs bosonunu axtarırlar. Bu hissəciyin olmasını Britaniyalı alim Peter Higgs 1964-cü ildə yaratdığı nəzəriyyədə irəli sürüb.

Bosonun əhəmiyyətinin nə qədər böyük olmasını vurğulmaq üçün ona hətta “Allah hissəciyi” adı verilib.