Arafatın meyiti radiasiya analizinə verilir

Fələstin hökuməti keçmiş lider Yasir Arafatın meyitinin analizinə icazə verəcəyini bildirib.
2004-cü ildə ölmüş Arafatın meyitinin analizini onun dul qadını Suha istəyir.

Buna səbəb isə Arafatın istifadə etdiyi əşyalarda İsveçrə laboratoriyasının radioaktiv izotoplar tapmasıdır.

Radiasiya Fizikası institutunun direktoru Francois Bochud deyib ki, həmin əşyalarda izah oluna bilməyən səviyyədə polonium tapılıb.