Suriya ordusu Xan Şeyxun şəhərinə daxil olub

Suriya ordusu şiddətli bombardmandan sonra şimaldakı Xan Şeyxun şəhərinə daxil olub.

Son aylarda üsyançıların əlində olan şəhərdə 11 nəfərin öldürüldüyü, şəhər əhalisinin böyük hissəsinin repressiyalardan ehtiyat edərək qaçdığı deyilir.

Bu arada prezident Əsəd deyib ki, əgər xalqı onu dəstəkləməsydi, İran şahı kimi çoxdan devrilmişdi.