BMT TŞ Malidəki hərbi xuntanı hədələyib

BMT Təhlükəsizlik Şurası Malidəki hərbi xuntanı sanksiyalarla hədələyib.

Sənəddə bildirilir ki, Konstitusiyanın bərqərar olmasına və keçmiş prezidentin qayıtmasına şərait yaradılmalıdır.

BMT Təhlükəsizlik Şurası Malidə hakimiyyəti zorla ələ keçirmiş hərbi qiyamçılara qarşı sanksiyalar tətbiq etmək hüququnun olduğunu xatırladır. Sənəddə Afrika Biliyi və Afrika Regional Təşkilatı olan ECOWAS-un Malidəki hərbi xuntaya qarşı sanksiyalar qəbul etdiyi vurğulanır.

Malidə hərbi çevriliş mart ayında olub.