Çində 802 uşaq oğrusu həbs olunub

Çində 802 nəfər uşaq ticarəti ilə bağlı həbs olunub. Əməliyyat Çinin 15 əyalətində keçirilib.

İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində 181 uşaq azad olunub.

Uşaq ticarəti Çində əsas problemlərdəndir. Çində oğurlanan uşaqlar əsasən övlad istəyən ailələrə satılır.