BMT İnsan Haqları şurası Belarusa xüsusi müstəntiq göndərir

BMT-nin İnsan Haqları Şurası Belarusdakı hüquq pozuntularını araşdırmaq üçün xüsusi müstəntiq göndərəcək. Cenevrədə keçirilən Şuranın toplantısında bildirilib ki, Belarusdakı işgəncə, pis rəftar və başqa hüquq pozuntularını öyrənmək üçün belə araşdırmaya ehtiyac var.

Belarusun Şuradakı təmsilçisi Mikhail Khvostov isə bildirib ki, bu addım Avropa Birliyinin siyasi sifarişindən başqa bir şey deyil.