Qazaxıstanda Orta Asiyanın ən iri məscidi açılıb

Qazaxıstanın ən iri məscidi - Həzrət Sultan

Qazaxıstan paytaxtı Astanada iyulun 6-da Orta Asiyanın ən böyük məscidi açılıb. Prezident Nursultan Nazarbaev da məscidin açılış mərasiminə qatılıb.

Astananın qurulmasının 14-cü ildönümü və prezidentin də 72-ci ad gününə təsadüf edən mərasimdə bildirilib ki, bu məsciddə eyni vaxtda 5 min nəfər namaz qıla biləcək. Həzrət Sultan məscidinin tikintisi 2 il sürüb.

Qazaxıstan əhalisinin 70 faizəı yaxını müsəlmanlardır və onlar Sünni Hənəfilərdir.