Davutoğlu: "Sərhədlər Azərbaycan torpaqları azad edildikdən sonra açıla bilər"

Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra baxmaq olar”

ANS PRESS-in Türkiyə mətbuaına istinadla verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

O bir daha qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını azad etdikdən sonra sərhədlər açıla bilər və iki ölkə arasında iqtisadi əməkdaşlıq yalnız bundan sonra mümkündür.