Yaşar Nuri yenidən xəstəxanaya yerləşdirilib

Yaşar Nuri

-
Türkiyədə uzunmüddətli müalicədən sonra iyunun 23-də Azərbaycana qayıdan xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri yenidən xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, aktyorun hərarəti qalxıb, təngnəfəslik yaranıb. Bu səbəbdən Y.Nuri Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına aparılıb. Aktyor reanimasiya şöbəsinə yerləşdirilib.

Y. Nurinin bir neçə gündən sonra yenidən Türkiyəyə - Amerika Xəstəxanasına göndərilməsi nəzərdə tutulur.