Almaniya ilə Fansa barş gününü qeyd edirlər

Fransanın Reyms şəhərində Almaniyanın kansıeri Angela Merkellə Fransa prezidenti
Francois Hollande arasında görüş olub.

Görüş 2 dünya müharibəsindən sonra Almaniya ilə Fransanın barışmasının 50 illiyi münasibətilə keçirilib.

1962-ci il iyulun 8-də bu şəhərdə dostluq müqaviləsi imzalanıb.

Amma bugünkü tədbir ərəfəsində Fransanın şimalında vandalizm aktı törədilib.

İkinci dünya müharibəsində həlak olmuş alman əsgərlərinin dəfn edildiyi hərbi qəbristanlıqda onlarla məzar təhqir edilib.