Fələstin üzvlüklə bağlı BMT-ə müraciət edə bilər

Fələstin prezidenti Mahmud Abbas

Fələstin prezidenti Mahmud Abbas bildirib ki, onun administrasiyası bir daha Fələstin dövlətinin BMT-də tanınmasına cəhd göstərə bilər.

O şənbə günü İsrail televiziyasına müsahibəsində deyib ki, əgər İsrail-Fələstin danışıqları bərpa olunmasa bu istiqamətdə növbəti cəhd edilə bilər.

Amma Mahmud Abbas konkret vaxt göstərməyib.

Ötən il Fələstinin hökumətinin belə bir cəhdi BMT təhlükəsizlik şurasında yektilliyin olmamasına görə baş tutmadı.