Hindistanda daşqın və sürüşmələr nəticəsində 120-dən çox adam ölüb

Hindistanda baş vermiş daşqın və sürüşmələr nəticəsində 120-dən çox adam ölüb.

Son 2 həftə ərzində 6 milyondan çox adam ev-eşiyini tərk etməli olub.

Ən çox ziyan Assam ştatına dəyib.

Təbii fəlakətdən zərər çəkənlər üçün çadır düşərgəsi salınıb.

Yağışlar davam etdiyindən vəziyyətin nə vaxt düzələcəyi bəlli deyil.