Suriya hərbi təlimlərı başlayıb

Suriya mətbuatı ölkədə iri miqyaslı hərbi təlim məşqlərinə başlandığını xəbər verir.

SANA agentliyinin məlumatına görə bir neçə gün davam edəcək hərbi təlimlərə raket qurğuları da daxil olmaqla hərbi hava, dəniz donanması və quru qüvvələri cəlb olunub.

Təlim şənbə günü dənizdən başlayıb.

SANA agentliyinin məlumatına görə, məqsəd ölkənin hərbi gücünü nümayiş etdirməkdir.