ATƏT-in baş katibi Lamberto Zannier Azərbaycana gəlib

Lamberto Zannier

-


İyulun 8-də ATƏT-in baş katibi Lamberto Zannier Azərbaycana gəlib. Bakıda hava limanında APA informasiya agentliyinə açıqlama verən baş katib səfər çərçivəsində Azərbaycanla ATƏT arasında əməkdaşlığın bütün spektrləri üzrə məsələlərin müzakirə olunacağını deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupunun təkliflərinə münasibətini belə ifadə edib: “Münaqişə tərəfləri arasında etimad mühitinin yaranması istiqamətində atılan bütün addımlar müsbət qarşılanmalıdır”.

Lamberto Zannier`in prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşləri nəzərdə tutulur.

O, Azərbaycandan sonra Gürcüstan və Ermənistana da gedəcək.