ABŞ-da onlarla adam istidən ölüb


ABŞ-ın mərkəzi və şərqi rayonlarında onlarla adam kəskin istilərdən ölüb.

Təkcə Çikaqoda 10 adam ölüb. Merilənd və Vircinya ştatlarında isə 20 adam ölüb. Pensilvaniya, Viskonsin və başqa ərazilərdə də ölənlər var.

Bazar günü Vaşinqtonda ən isti gün, 37,8 dərəcə qeydə alınıb. Bəzi şəhərlərdə isə temperatur 40 dərəcəyə qədər yüksəlib.