Müdafiə Nazirliyi: «Azərbaycan Ordusunun iki hərbçisi yaralanıb»

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu

-

APA-nın məlumatına görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Hadisə cəbhənin Ağstafa rayonu istiqamətində qeydə alınıb. Tərəflər arasında baş verən intensiv atışma nəticəsində Ermənistan tərəfidən bir hərbiçinin öldüyü, 4 hərbiçinin isə yaralandığı deyilir. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də mətbuata təsdiqləyib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu isə APA-nın sorğusuna cavabında bildirib ki, təmas xəttində baş vermiş atışma zamanı Azərbaycan Ordusunun iki hərbçisi – Cəlal AlıyevUrfan Vəliyev güllə yarası alıblar.
Yaralı hərbçilər hospitala yerləşdirilib, vəziyyətləri orta-ağırdır.