Windows 8 satışa oktyabr ayında çıxacaq

Microsoft elan edib ki, Windows 8 proqramı oktyabr ayında satışa çıxarılacaq.
Şirkətin kommunikasiya meneceri Brandon LeBlanc deyib ki, yeni proqram 109 dildə olacaq.

Yeni proqram smartfonlardan, tabletlərdən tutmuş desktop və laptop kompüterlərə qədər bütün cihazlarda işləyə biləcək.

Microsoft öz Windows proqramlarının yeni versiyasını hər 3 ildən bir buraxır.
Ancaq hələ heç bir versiyanı indiki kimi gözləmirdilər.