ABŞ edama məhkum olunan İranlı keşişi azad etməyə çağırır

Yousef Nadarkhani

ABŞ İrana çağırış edib ki, keşiş Youcef Nadarkhani azad etsin. Youcef Nadarkhani insanları islamdan xristanlığa keçməyə çağırdığına görə 2009-cu ildə ölüm hökmü ilə məhkum edilib.

ABŞ dövlət departamenti sözçüsü Viktoria Nuland bəyanatda deyib ki, “Youcef Nadarkhani sadəcə öz inancına görə edam cəzası ilə üzləşib və biz İran hakimiyyətinə onun dərhal azadlığa buraxılması ilə bağlı təkrar müraciət edirik”.

34 yaşlı Youcef Nadarkhani 19 yaşında xristianlığı qəbul edib və İran Kilsəsi adlı kiçik Yevangelist icmanın pastoru olub.

Youcef Nadarkhani məhkumluğu 2010-cu ildə apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanıb, lakin Tehran ali məhkəməsi onu ləğv edib birinci instansiya məhkəməsinə yollayıb.

Hüquq müdafiəçiləri hesab edir ki, o istənilən vaxt edam edilə bilər.