İlham Əliyev Minsk qrupu həmsədrləri ilə görüşüb

Prezident İlham Əliyev iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Iqor Popov və Jacques Faure, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

AzərTAc xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.