Rusiya Suriya ilə bağlı qətnamə layihəsi təqdim edib

Rusiya BMT-nin Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim edib. Layihədə Suriyadakı BMT müşahidəçilərinin missiyasının daha 3 ay uzadılmasına çağırılır.

BMT-nin 300-ə yaxın müşahidəçisinin Suriyadakı fəaliyyəti ilə bağlı iyulun 20-ə qədər qərar verməlidir. Həmin gün müşahidəçi qrupunun 90-günlük mandatı başa çatır.