Suriyalı səfir inqilbçılara qoşuldu

Suriyanın İraqdakı səfiri Nawaf al-Fares prezident Bashar Asad əleyhinə olan inqilabçılara qoşulduğunu təsdiqləyib.

O, bu barədə Facebookda yerləşdirdiyi videoda danışıb. Deyib ki, bu andan bəri o, Suriya inqilabçıların cərgəsinə qoşulur.

Fares yeri barədə heç bir məlumat verməyib.

Bu barədə ilk məlumat Suriya müxalif mənbələrdən yayılmışdı.

Ötən həftə Suriya ordusunun generalı Manaf Tlass da müxalifətə qoşulduğunu bəyan etmişdi.