Bakı məktəblərinə biologiya müəllimləri tələb olunur

2012–2013-cü dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə vakant yerlər açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzərTAc-a bildiriblər ki, biologiya müəllimi üzrə beş yer vakant elan olunub.

Vakant yerlərin hamısı Azərbaycan bölməsi üzrədir. Digər fənlər üzrə də vakant yerlər vardır.