ABŞ Dövlət katibinin müavini Liviyada olub

ABŞ Dövlət katibi Hillary Clintonun müavini William Burns şənbə günü Liviyanın paytaxtı Tripolidə olub.

O səfər zamanı ötəri hökumətin rəhbəri Abdel Rahim al Kiblə təhlükəsizlik məsələsini müzakirə edib.

Həmçinin tərəflər təhsil və səhiyyə sahəsində əməkdaşlıq məsələsini müzakirə ediblər.

Bir həftə əvvəl Liviyada parlament seçkisi keçirilib.

Səfər zamanı tərəflər arasında elə bir razılaşma imzalanmayıb.