Hillary Clinton İsrailə gedib

Bu gün ABŞ dövlət katibi Hillary Clinton İsrailə gedib. Clinton İsrailin baş naziri Benyamin Netanyahu ilə dalana dirənmiş İsrail-Fələstin danışıqlarını müzakirə edəcək. Tərəflər İranın nüvə proqramı ətrafındakı vəziyyətdən də danışacaqlar.

Hillary Clinton Tel-Əvivə Qahirədən gəlib. O, Misirdə prezident Mohemed Morsi ilə görüşüb. Demokratiya keçid yolunda ona ABŞ-ın dəstək göstərəcəyini bildirib.