Yaraqlılar hərbi qərargaha hücum edib

Bu gün səhər Pakistanın Bannu şəhərində yaraqlılar yerli hərbi qərargaha hücum ediblər. Azı bir hərbçi ölüb. Bir neçə adam girov götürülüb.

Polisin verdiyi məlumata görə, qərargah binası mühasirəyə alınıb. Atışma davam edir.

Aprel ayında bu şəhərdə talibançılar yerli həbsxanaya hücum etmişdilər. Terrorçuluqda ittiham olunan 400 məhbusu azad etmişdilər.