Gürcüstanın baş naziri Azərbaycanda səfərdədir

Gürcüstanın baş naziri İvane Merabişvili Azərbaycanda səfərdədir.

Bu Merabişvilinin baş nazir kimi Azərbaycana ilk işgüzar səfəridir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Gürcüstanın baş naziri səfəri zamanı prezident İlham Əliyev və baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşməyi planlaşdırır.

Səfər zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.