Qarpızdan zəhərləniblər

-
Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 15-də İsmayıllı rayonu Qoşakənd kəndində qeydə alınıb.

Kənd sakinləri Mükafat Qədirov, Gülsabah Əliyeva, onlara qonaq gələn qonaqlar - Bakı şəhər sakinləri Aygün Nağıyeva, Nailə Nağıyevaİsmayıl İsmayılov qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.