Hollivud ulduzu 95 yaşında öldü

Celeste Holm

-
«Oskar» mükafatçısı amerikalı aktrisa Celeste Holm 95 yaşında vəfat edib.
Xəbəri əfsanəvi aktrisanın rəsmi veb saytı yayıb.

Celeste Holm «Centlmen sövdələşməsi» filmi ilə 1947-ci ildə «Oskar» qazanıb.
«Oklahoma» müziklı ilə Brodveydə məşhurlaşıb.

İki həftə öncə eyni binada yaşadığı Robert De Niro'nun evində yanğın baş verdikdə, ünlü aktrisa bir günlüyə xəstəxanaya yerləşdirilmişdi.

Yarım əsrdən çox filmlərdə oynayan aktrisa karyerası boyunca iki dəfə də «Oskar»a namizəd göstərilmişdi.

Celeste Holm xeyriyyə işləri ilə məşğul idi.

5 dəfə ərə gedən aktrisanın 2 oğlu, üç nəvəsi var.

Aktrisa 1917-ci il aprelin 29-da Nyu-Yorkda doğulub.

Əfsanəvi aktrisa iyulun 15-də 95 yaşında ürək tutmasından elə orada da vəfat edib.